Accessibility links

Leyla və Arif Yunusların apellyasiya şikayəti üzrə məhkəmə təxirə salınıb


Dua ekor burung hantu dijual di pasar burung di kota Tangerang, Banten.
Dua ekor burung hantu dijual di pasar burung di kota Tangerang, Banten.

Oktyabrın 15-də Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun şikayətinə baxılması üzrə ilkin baxış baş tutmayıb. Buna səbəb vəkillərin Leyla Yunusu 8,5 il, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edən birinci instansiya məhkəməsinin protokolları ilə tanış olmaq imkanının olmaması olub.

Vəkil Elçin Sadıqov bildirib ki, müdafiə tərəfi birinci instansiya məhkəməsindən sənədləri ala bilməyib və iclasa hazırlaşmaq imkanı olmayıb. Bu səbəbdən hakim iclası oktyabrın 20-nədədk təxirə salıb.

Məkəmə zalının qapısından şüşə qəfəsə (akvarium) qədər olan bir neçəı metrlik məsafədən istifadə edən Leyla YunusPenitensiar Xidmətdə onun hüquqlarının kobud şəkildə pozulmaqda davam etdiyi haqqında qısa bəyanat səsləndirib.

“Alman həkimim Vitt tərəfindən yazılmış müalicə 2 ay üçün nəzərdə tutulmuşdu, amma məni bir həftə sonra kameraya qaytardılar. Bu, sadizmdir, mən onların həkimlərinə etibar etmirəm, onlar müalicə etmək iqtidarında deyillər, bizim vəziyyətimiz ağırdır”, o bildirib.

Leyla və Arif Yunus solğun görünürdülər, çətinliklə hərəkət edirdilər. Arif Yunus başını əllərinin arasına alaraq oturmuşdu, başının arxa hissəsində kəskin ağrılaradan gözlərini yumurdu.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2015-ci il avqustun 13-də Leyla Yunusa 8,5 il, Arif Yunusa 7 il həbs kəsib. Leyla və Arif Yunus 2014-cü ilin iyulunda həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Yunuslara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Yunuslar ittihamları qəbul etmir və siyasi sifariş adlandırır. Leyla və Arif Yunus Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.

XS
SM
MD
LG