Accessibility links

Leyla Yunus Bakıda keçiriləcək Avropa Oyunlarını boykota çağırır


Leyla Yunus
Leyla Yunus

Onun fikrincə insan hüquqları pozulan ölkədə beynəlxalq idman oyunları keçirilə bilməz

Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus bu günki mətbuat konfransında Repressiyalara qarşı Müqavimət Mərkəzinin (RMM) 2015-ci ilin yayında Bakıda Avropa Oyunlarının boykot edilməsi məqsədilə hazırladığı strategiyanı və taktikanı elan edib.

“Olimpiya Hərəkatının əsas prinsipləri sülh, bərabərlik, humanizm, insanpərvərlik, insan hüquqları, tolerantlıqdır”, Leyla Yunus qeyd edib. Bu mənada insan hüquqlarının pozulduğu Azərbaycanda oyunların keçirilməsi yolverilməzdir.

“Əlbəttə, Azərbaycanda qırmızı və ya qəhvəyi diktatura yoxdur. Lakin Azərbaycanda insan hüquqlarını tamamilə pozan avtoritar rejim var”, o bildirib.

Strategiya və taktikaya gəlincə, RMM Avropa Olimpiya Komitəsinə (AOK) və AOK-un Avropa İttifaqındakı nümayəndəliyinə oyunların Bakıda keçirilməsi haqqında qərarı ləğv etmək çağırışı ilə müraciət edib.

Daha sonra RMM-in müxalifət partiyalarının, gənc fəalların və blogerlərin iştirak etdiyi 6 işçi qrup Avropa ölkələrinin Olimpiya Komitələrinə, məşhur idmançılara, beynəlxalq QHT-lərə, Rusiya, Ukrayna və Belarus QHT-lərinə, Avropa KİV-lərinə müraciətlər göndərəcəklər və onlarla əməkdaşlıq edəcəklər.

Britaniya və Almaniya mətbuatında artıq qarşıda duran oyunlar fonunda Azərbaycanda insan hüquqlarının pozulması mövzusunda materiallar işıq üzü görüb.

Yunus həmçinin qeyd edib ki, hakimiyyət tərəfindən təxribatlar gözləyir, amma geri çəkilmək niyyətində deyil.

Oyunların boykot edilməsinə nail olmaq nə dərəcədə realdır? Bu suala cavabda Yunus bildirib ki, qələbəyə inanan qələbə qazanır. Hakimiyyətin oyunlarla bağlı böyük ümidləri var və bu amildən istifadə edərək, bir çox problemlərin həllinə nail olmaq lazımdır.

RMM görülmüş işlərin nəticələri haqqında müntəzəm olaraq məlumat verəcək.

Yunus həmçinin xatırladıb ki, bir müddət əvvəl RMM insan hüquqlarını kobud şəkildə pozan hakimlərin siyahısını elan edərək, onlara qarşı “Maqnitski qanunu”na analoji olaraq sanksiyalar tətbiq etməyə çağırıb.

ABŞ və Avropada artıq müəyyən iş başlayıb və bu 6 hakim yaxın gələcəkdə viza sanksiyalarına məruz qalacaq. Yunus əmindir ki, prokurorluq müstəntiqlərini də bu aqibət gözləyir.

Öz növbəsində Azərbaycan hökuməti ölkədə insan hüquqlarının tam təmin edildiyini, fikir, media, toplaşmaq, birləşmək azadlığının təmin edildiyini bəyan edir.

Bununla yanaşı, Amnesty İnternational ölkədə otuzadək insanı “vicdan məhbusu” elan edib. Yerli hüquq müdafiəçiləri onlarla siyasi məhbusun olduğunu bildirir. Beynəlxalq təşkilatlar Azərbaycanda söz, mətbuat, birləşmək azadlığı sahəsində ciddi problemlərin olduğunu bəyan edib. 11 jurnalist və bloger müxtəlif ittihamlarla həbsdədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG