Accessibility links

Leyli Xudayi: İran məktəblərində qızlara etiraz etməməyi öyrədirlər


Leyli Xudayinin sözlərinə görə, İranda qadınlar uşaqlıq illərindən bəri məruz qaldıqları basqılar və məhududiyyətlər səbəbilə səssiz qalmaq və etiraz bildirməməyə adət edirlər.

Leyli Xudayi Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:59 0:00

Amerikanın Səsinə danışan şair və mədəni fəal hesab edir ki, İran Azərbaycanında qız uşaqları bu çətinliklərdən əlavə, bir də başqa dildə təhsil almağa məcbur edildikləri üçün özünə-inamlarını itirirlər.

Qızlar ən sadə məsələrdə basqılarla qarşılaşırlar. Çərx (velosiped) sürmək, futbol oynamaq, stadiona getmək, istədikləri kimi geyinmək, bunların hamısında məhdudiyyət yaşayırlar.

Leyli Xudayi İran məktəblərində qız şagirdlərinin məktəbə daxil olduqları gündən etibarən davamlı olaraq məhdudiyyətlərlə üzləşdiyini vurğulayır:

“Uşaqlar 6-11 yaşlarında bir mərhələdədirlər ki, özgür olaraq uduzmaqdan qorxmayıb, istedadlarını tanıyıb, gələcək üçün hazır olmalıdırlar, təhqirlərin qarşısında durub və daha çox çalışmalıdırlar. Amma bu mərhələdə məktəbə başlayan gələcəyin qadınlarına tam da özgür olmaları gərəkdiyi bir yaşda hicab təhmil olunur. İstəmədiyi şəkildə geyinir, başını örtür, məktəbə gedir,” o, söyləyir.

1979-cu il İslam İnqilabından bəri İranda qadın haqları sərt şəkildə məhdudlaşdırılıb. Onlara küçədə başıaçıq gəzmək, hətta stadionda idman yarışlaını izləmək belə qadağan olunub.
1979-cu il İslam İnqilabından bəri İranda qadın haqları sərt şəkildə məhdudlaşdırılıb. Onlara küçədə başıaçıq gəzmək, hətta stadionda idman yarışlaını izləmək belə qadağan olunub.

Xudayi İslam Respublikasında qız uşaqlarına təhmil edilən geyim qaydalarının şəriət qanunlarından belə daha sərt olduğunu önə çəkir:

“İslam qanunlarında hicab 9 yaşdan sonra vacib sayılır. Amma İranda qız uşaqlarının təəssüflə, 7 yaşlarında, yəni məktəbə girdikləri zaman başlarını örtüb, hicabı onlara təhmil edirlər.”

İslam qanunlarında hicab 9 yaşdan sonra vacib sayılır. Amma İranda qız uşaqlarının təəssüflə, 7 yaşlarında, yəni məktəbə girdikləri zaman başlarını örtüb, hicabı onlara təhmil edirlər.

Qız uşaqlarının məktəbin ilk günündən etibarən yaşadıqları bu təcrübə, Leyli Xudayinin söylədiklərinə görə, “onların ruhları və şəxsiyyətlərinə zərbə vurur. Bu ölkənin tamamında yaşanan durumdur. Amma Azərbaycanda başqa bir problem də var. Qız uşaqları heç bilmədikləri və danışmadıqları biganə bir dillə qarşılaşırlar. Türk dilini evdə qoyub, fərqli dildə məktəbə gedirlər.”

Niderlandda yaşayan mədəni fəal əlavə edir, “bu durum onların əhval-ruhiyyəsinə təsir edir. Çünki, onlar qorxurlar. Dərslərdə yüksək qiymət almaq istəyirlər, amma onların özünə inamı onlardan alınır. Özünə inamları olmayan bu gələcəyin qadınları haqlarını da müdafiə edə bilmirlər. Çünki, uşaqlıq yaşlarından onlara öyrədilir ki, özünüzü müdafiə haqqınız yoxdur, çünki qanun sizə qarşıdır.”

O, hesab edir ki, ana dilində təhsilə qoyulan qadağa ən çox qız uşaqlarına zərbə vurur.

“Oğlanlar həyatın ayrı sahələrində özgür olurlar. Toplumda və əlaqələrində daha özgürdürlər. Buna görə, onlar bir az özünə inam sahibi olurlar. Amma qızlar böyüdükcə məhdudiyyətləri görüb və daha da səssizləşirlər, qorxurlar. Ən sadə məsələlərdə basqılarla qarşılaşırlar. Çərx (velosiped) sürmək, futbol oynamaq, stadiona getmək, istədikləri kimi geyinmək, bunların hamısında məhdudiyyət yaşayırlar” - deyə, Leyli Xudayi əlavə edir.

XS
SM
MD
LG