Accessibility links

Leysan yağışları ziyan vurub


Leysan yağışları

Leysan yağışları Azərbaycanın şimal-qərb bölgəsinə ziyan vurub. İnsan tələfatı yoxdur.

Zaqatala Rayon Fövqəladə Hallar Komissiyası bildirib ki, sel suları nəticəsində rayonun bir sıra kəndlərinə gedən yollar su altında qalıb, körpülər dağılıb.

“Təbii fəlakət nəticəsində rayonun ondan çox yaşayış məntəqəsini, əkin sahələrini sel suları basıb. Güclü leysan nəticəsində Zaqatala şəhəri ərazisində də bir sıra küçələrdə vətəndaşların fərdi yaşayış evlərini və həyətyanı sahələrini su basıb, infrastruktura, o cümlədən yol, içməli su, təbii qaz, elektrik, rabitə və meşə təsərrüfatlarına ciddi ziyan dəyib”, məlumatda deyilir.

Sel
Sel

Leysan yağışları Balakən və Qax rayonlarına da ziyan vurub.

“Balakən rayonunda Katex və Balakən çaylarının daşması nəticəsində bir çox həyətləri, obyektləri su basıb. Sel suları təsərrüfatlara, qarğıdalı, tütün sahələrinə ziyan vurub. Təbii fəlakət nəticəsində Balakən şəhərini və ətraf kəndləri içməli su ilə təmin edən Siltik su xətti zədələnib, içməli su təchizatında problemlər yaranıb”, rayon Fövqəladə Hallar Komissiyasının məlumatında deyilir.

Qax rayonu ərazisindən axan dağ çaylarının daşması nəticəsində bəzi kəndlərdə infrastruktura və təsərrüfatlara, əkin sahələrinə ziyan dəyib.

İntensiv yağışlar Bakı-Balakən sərnişin qatarının mənzil başına çatmasına da mane olub. Dəmiryol xəttinin yararsız hala düşməsi nəticəsində sərnişinlər Zaqatala rayonundan avtobuslarla yola salınıb.

Hazırda leysan yağışları davam edir.

XS
SM
MD
LG