Mayın 25-də Əli Laricani daha 1 il müddətinə İran parlamentinin sədri seçilib.
“Media forum” saytının məlumatına görə, səsvermə zamanı 244 deputatdan 212-si Laricaninin lehinə səs verib.
Səsvermə nəticəsində həmçinin Məhəmmədrza Bahünər parlament sədrinin 1-ci müavini, Şəhabəddin Sədr isə Laricaninin canişini seçilib.
İran İslam Respublikasında parlament sədri bir illiyə seçilir. Əli Laricani dördüncü dəfədir parlamentin rəhbəri postuna seçilir.
Əli Laricani yenidən İran parlamentinin sədri seçilib
Səsvermə zamanı 244 deputatdan 212-si Laricaninin lehinə səs verib. Səsvermə nəticəsində həmçinin Məhəmmədrza Bahünər parlament sədrinin 1-ci müavini, Şəhabəddin Sədr isə Laricaninin canişini seçilib.