Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı: Liberiya Ebola virusundan azaddır


Ümumdünya Səhiyyə Təşkilatı Liberiyanın Ebola xəstəliyi virusundan azad olduğunu elan edib.

Təşkilat bu elanı Liberanın son 42 gün ərzində Ebola xəstəliyinə yeni yoluxma hallarının qeydə alınmadığını bildiriməsindən sonra edib. 42 gün ölümcül xəstəliyin inkubasiya dövründən iki dəfə artıq müddətdir.

Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında deyilir ki, ilk dəfə 1976-cı ildə qeydə alındığı dövrdən ən çox ölüm halları ilə nəticələnən, daha uzun və mürəkkəb bir epidemiyanın yayıldığı bir ölkədə xəstəliyə yoluxma hallarının qeydə alınmaması böyük inkişaf kimi qiymətləndirilir.

Ağ Ev Ebola epidemiyasının yayılmasının rəsmən dayandığı xəbərini böyük məmnunluq hissi ilə qarşılayaraq, bunu mühüm inkişaf adlandırıb və Liberiya xalqını bu inkişafa nail olduğu üçün təbriklərini bildirib. Lakin Ağ Evin bəyanatında hələ görüləsi çox işlərin olduğu vurğulanıb. “Bu, mühüm bir inkişaf olduğu halda, dünya qonşu Syerra Leone və Qvineyada Ebola epidemiyasının hələ də mövcud olduğunu unutmamalıdır”-deyə bəyanatda qeyd edilib.

Bəyanatda həmçinin epidemiyaların yayılmasından öncə dünya ölkələrinin onların qarşısını alıb, böhranlara vaxtında cavab verə bilməsi üçün birgə iş aparmasının mühümlüyü qeyd edilir.

XS
SM
MD
LG