Accessibility links

İsrailin yeni müdafiə naziri “iki dövlət, iki millət” ideyasını dəstəkləyir [Video]


İsrailin yeni müdafiə naziri “iki dövlət, iki millət” ideyasını dəstəkləyir
please wait

No media source currently available

0:00 0:01:34 0:00

İsrailin yeni müdafiə naziri, ifrat-sağçı, millətçi siyasətçi Aviqdor Liberman iki dövlətin yaradılması fikri ilə razı olduğunu deyib. Təhlilçilər deyir ki, bu həftə sonu İsrail-Fələstin münaqişəsinə son qoyulması ilə bağlı Parisdə nazirlər səviyyəsində keçiriləcək görüş İsrailin sülh prosesini sürətləndirmək üçün bəzi güzəştlərə getməsinə gətirib çıxara bilər.

Bu yaxınlarda israillilərlə fələstinlilər arasında zorakılıqlar münaqişənin hər iki tərəf üçün status-kvo həddinə çatdığını göstərir. Lakin İsrailin yeni müdafiə naziri Libermanın “iki dövlət, iki millət” ideyasını dəstəkləməsi ümidverici görünür.

İki il əvvəl sülh danışıqlarının iflasa uğramasına baxmayaraq, Birləşmiş Ştatların dövlət katibi Con Kerri davamlı razılığın əldə edilə biləcəyilə bağlı ümidini itirmir. “Mən hər iki tərəfin və regionun maraqlarına uyğun olan nəhayi razılığın əldə edilməsi üçün fransızlarla, misirlilərlə, Ərəb icması ilə birgə iş aparacam.”

Nazirlərin ümidlərinin nəticə verə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edən təhlilçilər son inkişafların sülh prosesinin irəliləməsinə yadım edə biləcəyini deyirlər.

“Onlar İsraillə müəyyən razılıq əldə edə bilərlər, lakin sülh prosesində əsas irəliləyişə nail olmaq məsələsi hələ də öz yerində qalır” deyəŞ Brukinq institutundan Natan Saçs bildirir.

İsrail və ya fələstinlilər olmadan keçirilən Paris görüşünün əsas məqsədi İsraillə yanaşı Fələstin dövlətinin mövcudluğu ilə bağlı müzakirələrin yeni parametrlərinə dair beynəlxalq konfransın keçirilməsinə yol aça bilər.


XS
SM
MD
LG