Accessibility links

Liviyanın şərqində hökumət qüvvələri və üsyançılar arasında döyüşlər baş verib(YENİLƏNİB)


Liviyanın şərqində hökumət qüvvələri və üsyançılar arasında döyüşlər baş verib(YENİLƏNİB)
Liviyanın şərqində hökumət qüvvələri və üsyançılar arasında döyüşlər baş verib(YENİLƏNİB)

Liviyada Əcdəbiyyə şəhərində Müəmmər Qəzzafiyə sadiq qüvvələr üsyançıların mpvqelərini atəşə tutub. Tibbi personal və üsyançıların bildirdiyinə görə, 6 nəfər həlak olub, 16 adam yaralanıb. Döyüşlər bu gün Liviyanın iki şəhərində aparılıb. Breqa şəhərində üsyançılar və Qəzzafi tərəfdarları arasında toqquşma olub. Qərbdə yerləşən sənaye şəhəri Misratada da şiddətli döyüşlərin getdiyi bildirilir. Üsyançılar hökumət qüvvələrini kaset bombalarından istifadə etməkdə ittiham edir. Qəzzafi tərəfdarı qüvvələr bu ittihamı rədd edir. Bir sıra ölkələr çox sayda hissələrə parçalanaraq böyük dağıntılara səbəb olduğu üçün bu tipli bombalar qadağan edib.

XS
SM
MD
LG