Accessibility links

Liviya hökuməti NATO hücumları zamanı xəstəxananın dağıldığını iddia edir


Liviyada Milli Keçid Şurasının sədri Mustafa Abdel Cəlil
Liviyada Milli Keçid Şurasının sədri Mustafa Abdel Cəlil

Liviya hökuməti NATO-nu hava reydi zamanı xəstəxanını bombardman edərək, yeddi nəfəri öldürməkdə ittiham edir. Rəsmilər jurnalistlərə Tripolidən şəqrdə Ziltan şəhərində dağılmış kilnikanı göstərib. Onlar jurnalistləri şəhərin ərzaq anbarlarına apararaq, binaların dağıldığını deyiblər. NATO hava hücumları ilə bağlı heç bir informasiya verməyib. Zindan şəhərinin sakinləri hücumların bazar ertəsi günü baş verdiyini deyiblər. Bazar günü Liviya müxalifət hərəkatının lideri deyib ki, ölkənin lideri Müəmmar Qəzzafi və onun ailəsi Liviyada müəyyən şərtlər əsasında qala bilər. Mustafa Abdel Cəlil Wall Street Journal qəzetinə deyib ki, onun harada və kimin nəzarətində qalmasını müxalifət qüvvələri müəyyən edəcək.

XS
SM
MD
LG