Accessibility links

Liviya NATO hücumlarının Tripolidə tələfata səbəb olduğunu bildirir


İtaliyanın Xarici İşlər naziri Franko Flattini (sağda) və Liviya Milli Kçiid Şurasının sədr müavini Əli əl-İssavi
İtaliyanın Xarici İşlər naziri Franko Flattini (sağda) və Liviya Milli Kçiid Şurasının sədr müavini Əli əl-İssavi

Liviya hökuməti NATO –nun hava hücumlarının tələfata və paytaxt Tripolidə dağıntlılara səbəb olduğunu bildirib. Bu arada, hökumət sözçüsü deyib ki, Liviya ABŞ-la daha artıq danışıqlar aparmaq istəyir, lakin üsyançılarla danışıqlarda maraqlı deyil. Musa İbrahim bu açıqlamaları cümə gübü ABŞ və Liviya rəsmilərinin bir hətfə əvvəl Tunisdə görüşündən sonra verib. ABŞ danışıqları Müəmmar Qəzzafinin hakimiyyətdən getməli olduğuna dair açıq mesaj vermək üçün görüş adlandırıb. Eyni zamanda, İtaliya atəşkəs və cənab Qəzzafin istefasına çağırış da daxil olmaqla Tripoliyə siyasi təklif etmək üçün Liviya müxalifəti ilə birgə iş aparır. İtaliyanın Xarici İşlər naziri Franko Flattini Liviya müxalifətinin Milli Keçid Şurasını liderlərindən biri olan Əli əl-Əssavi ilə görüşdən sonra bu planları açıqlayıb. Onlar cənab Qəzzafinin Liviyanın gələcəyində heç bir rolu olmayacağını deyiblər. Flattini bildirib ki, onlar planı BMT-nin Liviyadakı xüsusi nümayəndəsi Əbdül Elah əl-Xətibə təqdim edəcək.

XS
SM
MD
LG