Accessibility links

Liviya üsyançıları Tripolinin 80 kilometrliyində şəhərə nəzarət edir


Liviya üsyançıları Tripolinin 80 kilometrliyində şəhərə nəzarət edir
Liviya üsyançıları Tripolinin 80 kilometrliyində şəhərə nəzarət edir

Liviya üsyançıları şənbə günü Tirpolidən 80 kilometr məsafədə yerləşən şəhərə nəzarət etməyə davam edir. Bu, üsyançıların paytaxta ən yaxın mövqeyidir. Bir əl-Ğanəm şəhərində olan Qərb xəbər agentliklərinin müxbirləri üsyançıların bazar ertəsi şəhərinə nəzarət etdiyi haqda məlumat verir. Şəhər Liviyanın Nafusa dağlıq regionunda yerləşir. Üsyançılar Bir əl-Ğanəmi NATO-nun hava hücumlarının köməyi ilə ələ keçirdiyini bildirir. Müxbirlərin hökumət qüvvələrinə məxsus silahlar və hava hücumları nəticəsində yerdə əmələ gəlmiş kraterlər gürdükləri haqda xəbər verirlər. Liviyanın Baş naziri Bağdadi Mahmudi Bir əl-Ğanəmə bazar günü hökumət qüvvələrinin nəzarət ediyini bildirib. Nafusa dağlarında mənzillənən Liviya üsyançıları aylardır Tirpoliyə çatmağa can atır, lakin Liviya lideri Müəmmar Qəzzafiyə sadiq qüvvələrin güclü müqaviməti ilə qarşılaşırdı.

XS
SM
MD
LG