Accessibility links

Liviya üsyançıları strateji qəsəbəni ələ keçiriblər


Liviya üsyançıları strateji qəsəbəni ələ keçiriblər
Liviya üsyançıları strateji qəsəbəni ələ keçiriblər

Liviya üsyançıları hökumətpərəst qüvvələri paytaxt Tripolidən 80 kilometr cənub-qərbdə yerləşən Bir əl-Ğənəm qəsəbəsindən vurub çıxardıqlarını deyirlər.

Müxalifət döyüşçüləri xəbər verir ki, Müəmmər Qəzzafiyə sadiq qüvvələr şiddətli döyüşlərin ardınca geri çəkiliblər.

Artıq bir neçə aydır ki, üsyançılar paytaxtdan qərbdə yerləşən qəsəbələri tutaraq Tripoliyə yaxınlaşmağa can atırlar.

Bu arada üsyançılar Ziltan şəhəri uğrunda hökumət qüvvələri ilə ağır döyüşlər aparırlar.

Əl-Cəzirə xəbər kanalı bildirir ki, müxalifət döyüşçüləri raket və kiçik çaplı silahların istifadə olunduğu döyüşdə hökumət qüvvələrinin hücumunu dəf ediblər.

XS
SM
MD
LG