Müəmmar Qəzzafi tərəfdarları və müvəqqəti hökimət qüvvələri arasında qızğın döyüşlərə görə sakinlərin tərk etməyə çalışdığı Sirte şəhəri yaxınlığında partlayış zamanı bir uşaq daxil olmaqla, bir ailənin üç üzvü həlak olub. Tibb rəsmilərinin bildirdiyinə görə, avtomobil cənab Qəzzafinin dogma şəhərini tərk etdikdən sonra yolda yaranmış tıxacda dayanan zaman partlayışın hədəfi oluib. Partlayıcıları hansı tərəfin işlətdiyi aydın deyil.
Sirte keçmiş liderə sadiq qüvvələrin gizlənməyə davam etdiyi şəhərlərdən biri olaraq qqalır. Milli Keçid Şurasının döyüşçüləri bir neçə həftədir cənab Qəzzafinin yaxşı silahlanmış tərəfdarları ilə intensiv döyüşlər aparır. Bu arada, beynəlxalq yardım işçiləri dərman, ərzaq və su çatışmazlığının olduğu Sirteyə daxil olmağa çalışdıqlarını bildirirlər. Qırmızı Xaç təşkilatı cümə axşamı Sirtenin təxminən üç min sakininin şəhərdən 30 kilometr şərqdə səhrada olduğunu bildirmişdi.