Türkiyə parlamenti ölkə hökumətinə NATO-nun Liviyada hərbi əməliyyatlarında iştirak etmək üçün səlahiyyətlər verib. Alyansın yeganə üzvü olan Türkiyə mülki əhali qorunduğu və NATO missiyanı özü həyata keçirdiyi halda uçuşa qadağa zonasını dəstəkləməyə razılıq verib.
Bu gün koalisiya qüvvələri bu gün Liviyada hökumət obyektlərinə havadan hücumlar həyata keçirdiyi vaxt Afrika Birliyi döyüşlərin qarşısını almaq yollarını müzakirə etmkə üçün danışıqlar keçirəcəyini elan edib.
Vaşinqtonda Ağ Evin sözçüsü isə deyib ki, əməliyyatlara nəzarətin koalisiya qüvvələrindən NATO-ya keçməsi bir neçə günün məsələsidir.