Accessibility links

Liviyada Fransa səfirliyinə hücum olub


Fransa prezidenti hücumu qınayıb

Fransanın Liviyadakı səfirlik binasına hücum edilib. Səfirliyə qarşı bomba hücumu Fransa tərəfindən qınanılıb.

Rəsmilər Tripolinin Hay Andalus ərazisində yerləşən səfirlikdə partlayış nəticəsində iki mühafizin yaralandığını və binaya böyük zərər dəydiyini deyib. Liviya xarici işlər naziri hadisəni terrorist hücum olaraq adlandırıb.

Fransa prezidenti Fransua Holland Liviya rəsmlərinin hücumu araşdıracağına və cinayətkarları ədalət qarşısına çıxaracağına ümid etdiyini deyib.

Liviya 2011-ci ildən diktator Muammər Qəzzafinin devrilməsindən sonra qeyri-sabitlik və zorakılıqla mübarizə aparir.

Keçən il sentyabr ayında Benqazidə yerləşən ABŞ səfirliyinə hücum zamanı ABŞ səfiri və üç amerikalı həyatını itirmişdi.
XS
SM
MD
LG