Ordu və general Xəlifə Həftar İslam Dövlətinin bu ayın əvvəlində Aralıq dənizində ələ keçirdiyi iki əsas neft obyektinin geri alındığını iddia edir.
Həftarın sözçüsünün bildirdiyinə görə, Ras-Lanuf və Əl-Sidrə limanları cihadçı yaraqlıların "Benqazi Müdafiə Briqadası" adlandırdığı qrupun nəzarətindən havadan, qurudan və dənizdən eyni zamanda edilən hücumardan sonra azad edilib.
2011-ci ildən, uzun zaman hakimiyyətə olan Müəmmar Qəzzafinin öldürülməsindən və onun hökumətinin devrilməsindən sonra Liviya rəqib siyasi fraksiyalar və silahlı qüvvələr arasındakı qarşıdurmalara səhnə olub.
General Həftar və onun ucqar Tobruk şəhərində fəaliyyətdə olan "Liviya Milli Ordusu" adlandırılan qüvvələr BMT-nin dəstəklədiyi Milli Saziş Hökumətinə güzəşdə getməkdən imtina edir.
Bu Şimali Afrika ölkəsində 6 ildir effektiv hökumət olmadığına görə
çıxılmaz vəziyyət yaranıb.