Accessibility links

Liviyada vəziyyət neftin qiymətlərinin artmasına səbəb olub


Liviyada vəziyyət neftin qiymətlərinin artmasına səbəb olub
Liviyada vəziyyət neftin qiymətlərinin artmasına səbəb olub

Amerika ekspertləri Liviyanın gündə 1. 7 milyon barrel neft istehsal etdiyini və onun əsas hissəsini ixrac etdiyini bildirir

Liviyada zorakılıqlar davam etdiyi zaman enerji ehtiyatları təchizatı ilə bağlı narahatlıqlar dünya üzrə neft qiymətlərinin artmasına gətirib çıxarıb. London birjasında Brent xam neftin qiyməti bir barrel üçün iki faiz artaraq, 105 dollar təşkil edib. Bu, 2008-ci ildən sonra ən yüksək qiymətdir. ABŞ xam neftinin qiyməti də kəskin artıb, lakin London həddindən aşağı qalır. Liviya dünyanın neft ixrac edən 12-ci böyük ölkəsidir. Beynəlxalq Enerji Agentliyinə əsasən, Liviya gündə 1. 6 milyon barrel neft istehsal edir. Bu, dünya üzrə neftə tələbatın 2 faizini təşkil edir.

XS
SM
MD
LG