Accessibility links

Lindsi Lohenin cinayətləri ona 2 milyon dollar qazandıra bilər [Fotoqalereya]


"Cinayətin müsbət nəticəsi olmur" deyənlərin Lindsi Lohenlə danışmaları lazımdır.

Ona görə ki, başı daim bəlalı olan və daim məhkəmələrə düşən Lindsi Lohen Opra ilə müqaviləsinə görə 2 milyon dollar əldə edəcək.

TMZ-yə istinadən Opra Uinfri şəbəkəsi Lindsi Lohenin başına gələnlər və karyerasında gələcək planları haqda səkkiz hissəli sənədli filmin çəkilişi üçün bir aydır ki, onunla danışıqlar aparır.

Müqaviləyə görə Lohen 2 milyon dollara yaxın pul alacaq. Narkotiklərdən istifadə və bir sıra digər cinayətlərdə ittiham edilən və bu səbəbdən məhkəmə zalı və reabilitasiya mərkəzindən çıxa bilməyən aktrisa üçün vəziyyət o qədər də pis deyil.

Lindsinin son zamanlar reabilitasiya mərkəzindəki qalmaqalı onun bu məbləğdə pul qazanmasına əsl səbəb ola bildiyi deyilir.

Onun həbs edilməsi, daha sonra vəkilini qovması, Betty Ford reabilitasiya mərkəzinə göndərilməsi, oradan çıxması və bu arada baş verən digər maraqlı hadisələr sənədli filmdə yer alacaq.

Lindsi müqaviləyə əsasən nəinki, pul qazanacaq və məşhurlaşacaq, Opra onu həm də yardımçı və stilistlə təmin edəcək.
XS
SM
MD
LG