Accessibility links

Kompakt linzalar şəkərin səviyyəsini müəyyən edəcək


Diabet xəstələri qanlarında şəkər səviyyəsini ölçmək və ona nəzarət etməkdə çox vaxt çətinlik çəkir. Testlər əsasən qan vasitəsi ilə həyata keçirilir.

İndi alimlər orqanizmdəki maye vasitəsi ilə şəkər səviyyəsinin müəyyən edilməsinin mümkünlüyünü qeyd edir.

İnternet nəhəngi Google “ağıllı” kontakt linzaların ixtirasına çalışır. Bu linzalar şəkərin düşməsi barədə xəbərdarlıq mahiyyətinə malik olacaq.

Linzalara yerləşdiriləcək olduqca kiçik çiplər və sensorlar hər saniyə qandakı şəkərin səviyyəsini ölçə biləcək.

Google bildirir ki, alimlər kliniki araşdırmaları başa çatdırıb. Texnologiya hələ də sınaq mərhələsində olsa da, vaxt gələcək bu testlər diabetin daha rahat və daha yaxşı nəzarətinə yardım edəcək.
XS
SM
MD
LG