Accessibility links

Litva Belarusla sərhəddəki baryerlərə kameralar quraşdırır


Litva Belarusla sərhədi boyunca nəzarət kameraları yerləşdirməyi planlaşdırır. Bu barədə yanvarın 28-də Baş Nazir İnqrida Simonit sərhədin bir hissəsini və sərhəd stansiyasını ziyarət edərkən söyləyib.

Uzunluğu təxminən 680 kilometr olan sərhəd həm də Aİ-nın Belarusla sərhədidir və orada bu yaxınlarda əsasən Yaxın Şərqdən miqrantların cəlb olunduğu böhran yaşanmışdı. Avropa İttifaqı Belarusun onları qəsdən sərhədə buraxıb, onlara Aİ-yə keçə biləcəklərini vəd etdiyini bildirir.

Baş Nazirinin mətbuat xidməti xəbər verib ki, Simonit sərhəddə nəzarət-buraxılış məntəqəsini ziyarət edib.

Sərhəd Mühafizə Xidməti və sərhəddə ülgüc məftilli hasar inşa edən şirkətin nümayəndələri baş naziri məlumatlandırıblar. Sərhəd strukturlarının demək olar yarısında artıq kameralar quraşdırılıb.

“Kameraların bu il ərzində bütün sərhəd boyunca quraşdırılmaları çox vacibdir,” Simonit deyib.

Baş Nazirin mətbuat xidməti bildirib ki, sərhədin ən həssas və miqrant axının ən çox ola biləcəyi hissələrində artıq baryerlər inşa edilib. Hazırda ülgüc məftilli baryerin uzunluğu təxminən 200 kilometrdir və tikintisi hələ davam edir. Ülgüc-məftilli baryerdən əlavə üzərində ülgüc-məftil olan 4 metr hündürlüyündə hasar da inşa edilir.

Baş nazirin sərhədə səfəri Aİ-nin Belaruslu avtokrat Aleksandr Lukaşenko rejimini Polşa, Latvia və litva sərhədinə miqrantları gətirməkdə ittiham etməsindən aylar sonraya təsadüf edir.

Avropa İttifaqı ötən il bunun Qərbin Lukaşenkonun 2020-ci ilin avqustda keçirilən mübahisəli seçkilə yenidən seçilməsinə etiraz edən insanları təqib etməsinə cavab olaraq tətbiq etdiyi sanksiyalara görə qisas almaq məqsədilə edilən “hibrid hücum”un bir hissəsi olduğunu demişdilər.

Belarus bu iddianı rədd edib və Aİ-ni miqrantları qəbul etmədiyinə görə tənqid edib.

Miqqant axını humanitar böhrana səbəb olmuşdu, çünki onların sərhədi keçmələrinin qarşısı alınmışdı, eyni zaman da isə Belarus qüvvələri onların geri dönmələrinə icazə vermirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG