Accessibility links

Litvada prezident seçkisinin ikinci mərhələsi keçirilir


Mayın 26-da Litvada prezident seçkisinin ikinci mərhələsi keçirilir.

Prezidentlik uğrunda keçmiş bankir Gitanas Nayseda ilə deputat və keçmiş maliyyə naziri Inqrida Şimonite mübarizə aparırlar.

Mayın 12-də keçirilən seçkinin birinci mərhələsində namizədlərdən heç biri lazım olan səs çoxluğunu qazana bilməmişdilər.

Qalib, 2009-cu ildən prezident olan Dali Gribauskaiteni əvəz edəcək.

Rusiya ilə həmsərhəd olan Litva Avropa Birliyi və NATO-nun üzvüdür.

Prezident seçkisi ilə yanaşı Litvada Avropa Parlamentinə də seçki keçirilir.

Hər iki namizəd Rusiya ilə münasibətlərdə kəskin kurs tərəfdarıdır və bildiriblər ki, Rusiya Ukraynanın Krım yarımadasından çıxmayınca prezident Vladimir Putinlə görüşə getməyəcəklər.

NATO 2014-cü ilin martında Krımın ilhaqından sonra Litva da daxil olmaqla Mərkəzi və Şərqi Avropada hərbi fəaliyyətini gücləndirib.

Həmçinin Litva ilə Rusiya arasında gərginliyin artdığı müşahidə olunur.

Litva son aylar Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən bir neçə nəfəri həbs edib.

Seçkinin birinci mərhələsində fəallıq 57 faiz olmuşdu.

Litvada prezidentin səlahiyyətləri məhduddur, amma xarici siyasətə görə o cavabdehdir və Avropa Birliyinin sammitlərində ölkəni prezident təmsil edir.

Nazirlər, hakimlər, hərbi rəislər və mərkəzi bankın sədrini, adətən parlament və baş nazirin razılığı ilə o təyin edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG