Accessibility links

Beyrutda çökən binanın dağıntıları altında sağ qalanların olduğuna ümid edilir


Xilasetmə dəstələri keçən ay Beyrut limanında baş verən partlayış zamanı çökən bir binanın dağıntıları altında sağ qalanların olduğuna ümid edərək, axtarışı davam etdirib.

Axtarış əməliyyatları cümə axşamı günortadan sonra Çilidən olan xilasetmə qrupuna aid bir itin Gimmayzə məhəlləsindən keçərkən bir siqnal hiss etməsindən sonra yenidən başlayıb.

Axtarış gün batandan sonra dayandırılıb. Lakin hadisə yerinə gələn bir qrup etirazçı Çili komandasına axtarışı dayandırmağı Livan ordusunun dediyini iddia edərək, dağıntılar altında axtarışı özləri aparıb.

Livanın Mülki Müdafiə üzvləri gecə yarısından bir saat sonra hadisə yerinə gəlib. Onlar dağıntıları təmizləməyə və dağıntılar içərisində çuxur qazmağa çalışıb.

Ordunun açıqlamasında deyilib ki, Çili xilasetmə komandasının axtarışı gecə yarısından bir az dayandırmasına səbəb dağılmış binanın divarının işçilərin üzərinə düşə biləcəyindən ehtiyat etməsi olub.

Rəsmilər axtarışları davam etdirmək üçün divarların sökülməsinin gərək olduğunu və oraya kranların gətirildiyini bildirib.

Beyrut limanında baş verən güclü partlayış nəticəsində çox sayda insan ölüb, minlərlə adam yaralanıb. Partlayış onsuz da maliyyə böhranı ilə üzləşən Livanın vəziyyətini daha da ağırlaşdırıb.

BMT-nin İnkişaf Proqramı Beyrut limanında 2750 ton ammonium nitratın partlamasından sonra sağlamlıq və ətraf mühit üçün çox təhlükəli olan zəhərli tullantıların yayıldığı barədə xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG