Accessibility links

Livanda hökumət əleyhinə etirazçılara hücum edilib


Bazar ertəri Hizbulla və Amal hərəkatlarının tərəfdarları Beyrutda hökumətə qarşı nümayişlərdə iştirak edən etirazçılara hücum edib. Araya girən Livan ordusu gərginliyi azaltmağa çalışıb.

Yerli televiziya ilə bazar günü gecə yarısından bir az əvvəl piyada və skuterlərdəki insanların etirazçıların bağladıqları əsas küçəyə doğru irəlilədikləri nümayş etdirilib.

Etirazçılara hücum etməzdən əvvəl həmin insanlar Hizbulla və Amal şiə təşkilatlarını dəstəkləyən şüarlar səsləndirmişlər.

Bazar ertəsi səhər tezdən təhlükəsizlik qüvvələri və ordu “dinc, dinc” - deyə, bağıran etirazçılarla onlara hücum edən Hizbulla və Amal tərəfdarlarının arasında sədd olaraq, dayanmalı olub.

Yerli televiziya eləcə də, Hizbulla və Amal tərəfdarlarının etirazçıların qurduğu çadırları da dağıtdığını deyib.

Korrupsiya, dövlət pullarının düzgün idarə olunmaması və ölkəni 1975-1990-cu illərdə baş verən vətəndaş müharibəsindən bəri görülməyən iqitsadi böhrana doğru aparmaqda ittiham olunan siyasi elitaya qarşı etirazlar Livanın onsuz da ciddi iqtisadi problemlərini artırıb.

XS
SM
MD
LG