Accessibility links

Hizbullah ABŞ-ı Livanın yeni hökumətinin təşkilinə müdaxilədə günahlandırıb


Hizbullah cümə günü Birləşmiş Ştatları Livanın yeni hökumətinin qurulmasına müdaxilə etməkdə günahlandırıb. Bu, ABŞ-ın Livanın siyasi və iqtisadi böhranına müdaxiləsi barədəki ən kəskin ittihamdır.

Hizbiullah liderinin müavini Şeyx Nəim Qasim Reuters xəbər agentliyinə Livanın 1975-1990-cu illərdə baş verən vətəndaş müharibəsindən bəri görünməyən iqitsadi böhran yaşadığını və ölkədə yeni bir münaqişəyə işarə olmadığını bildirib və deyib ki, Hizbullah heç bir münaqişəyə sürüklənməyəcək.

O, həmçinin deyib ki, ölkənin bank sistemindəki iqtisadi böhran Livandakı hər kəsə olduğu kimi şiə qrupunun davamçılarına da eyni təsiri göstərib. Hizbullah korrupsioner məmurların məhkəmə qafrşısına çıxarılması fikrini dəstəkləyib.

İqtisadi böhranla mübarizə aparan Livanda vəziyyət keçən ay ölkəyə hökmdarlıq edən korrupsioner siyasətçilərə və hakim elitaya qarşı etirazların başlamasından bəri daha da ağırlaşıb.

Ölkədə ABŞ dollarının qıtlığı yaranıb, Livan funtu zəifləyib və bank sistemindəki böhran bankların əmanətçilərinə nəzarət tətbiq etməsinə səbəb olub.

Etirazlar Saad Əl-Həririni baş nazir vəzifəsindən istefasına və güclü silahllanmış Hizbullahın da daxil olduğu koalisiya hökumətinin devrilməsinə səbəb olub.

Livanda illərdən bəri keçirilən ən irimiqyaslı etirazlar ölkənin müxtəlif təriqətlərinə mənsub olan insanları küçələrə çıxarıb. Müsəlman və ya xristian olmasından asılı olmayaraq, ölkənin bütün siyasi liderləri tənqidlərə məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG