Accessibility links

Livanda hücum - 5 nəfər öldürülüb


Livan təhlükəsizlik qüvvələrinin Frans Press Xəbər Agentliyinə (AFP) verdiyi məlumata görə, Beyrutun cənubunda partiya üzvünün dəfn mərasimi zamanı Hizbullahın üç üzvü də daxil olmaqla, azı beş nəfər öldürülüb.

Mənbə bildirib ki, Xalde bölgəsində Livanın şiə qruplaşmasının üzvləri ilə sünni sakinlər arasında baş verən atışma zamanı bir neçə nəfər yaralanıb.

Mənbə eləcə də yas mərasiminin bir gün əvvəl öldürülən Hizbullah üzvünün olduğunu deyib.

Mərasiminin pusquya salındığını və iki üzvünün öldürdüyünü deyən Hizbullah bu hücumun arxasında duranların ələ keçirilməsi üçün orduya və təhlükəsizlik qüvvələrinə müraciət edib.

Hərbi mənbə AFP-yə bölgəyə ordu yerləşdirildiyini və əlavə qüvvə göndərildiyini bildirib.

Ordunun verdiyi açıqlamada "Xalde küçələrində atəş açan bütün silahlılara əsgərlərin cavab atəşi açacağı" deyilir.

AFP müxbirinin bildirdiyinə görə, xəbərdarlıqlara baxmayaraq, şiddətli atəş səsləri təxminən üç saat davam edib. Axşam saatlarında qorxulu bir sakitlik yaranıb.

Xaldeyə gedən bütün yollarda zirehli maşınlarla dəstəklənən hərbi keçid məntəqələri qurulub.

Livanın Qırmızı Xaç Agentliyi AFP-yə biri ağır vəziyyətdə olmaqla, 4 yaralıya tibbi yardım göstərildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG