Accessibility links

Livanda özəl şirkətlər də daxil olmaqla, əksər dövlət qurumları bağlanıb


Beyrutun əsasən avtomobillərlə sıx küçələri demək olar ki, boşdur, sakinlər isə sahil Kornişdən uzaq durmağa çalışır. Beləliklə, koronavirusun yayılmasının qarşısını almaq üçün hökumətin həyata keçirdiyi tədbirlər bazar ertəsi müxtəlif sahələrdə müvəffəqiyyətlə nəticələnib.

Reuters xəbər agentliyinin jurnalistləri polisin Beyrutda qanunu pozaraq, açılan bir neçə mağazanı bağlamaq əmri verdiyini və cənubdakı Sidon şəhərindəki çimərlikdən bir qrup üzgüçünü uzaqlaşdırdığını bildirib.

Bazar günü ölkədə 109 nəfərin koronavirusa yoluxduğu təsdiq edildikdən sonra hökumət tibbi fövqəladə vəziyyət elan edərək, özəl şirkətlər də daxil olmaqla, əksər dövlət qurumlarının bağlandığını elan edib.

Bunlarla yanaşı, 18-29 mart tarixləri arasında sərhədlərin, limanların və hava limanlarının bağlanması əmri verilib və "həddən artıq zəruri" olanlardan başqa bütün sakinlərin evdə qalmaları tələb olunub.

Böyük tıxacların olduğu Beyrut yollarında qeyri-adi dərəcədə az maşın olub.

Bir mənbədən alınan məlumata görə, insanları toplaşdıqları yerlərdən dağıtmaq üçün təhlükəsizlik qüvvələrindən istifadə edilib. Polis üzlərində maska, əllərində əlcək olan insanları belə Kornişdən uzaqlaşdırıb.

"Bu iki həftə ən təhlükəlidir" - deyə, ölkənin səhiyyə naziri Hamad Həsən Livanın Əl-Manar tele-kanalında çıxışı zamanı bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG