Accessibility links

Livan ordusu İŞİD-lə Suriya sərhədində atəşkəs elan edib


Livan ordusu Suriya ilə sərhəddə İslam Dövləti qrupu ilə birtərəfli qaydada atəşkəs elan etdiyini bildirib.

Ordunun açıqladığı bəyanatında atəşkəsin yerli vaxtla səhər saat 7-də qüvvəyə mindiyi deyilir.

İŞİD-ə qarşı eyni ərazidə döyüşlər aparan Livanın militant Hizbullah qrupu və Suriya ordusu da atəşkəs elan edib.

İŞİD-in bu dağlıq ərazidə anklavı militantların Suriya-Livan sərhədindəki sonuncu istinadgahıdır.

Livanın şimal-şərq bölgələri 2014-cü ildə Suriyada müharibənin Livana birbaşa təsirinə məruz qaldığı yerlərdir. 2014-cü ildə İŞİD militantlarının Livanın sərhəd şəhəri olan Arsalın nəzarətini qısa müddətə ələ keçirdikdən sonra Livanın 30 əsgəri və polis işçisi oğurlanıb.

Əsgərlərin hələ də militantlar tərəfindən saxlandığına inanılır.

Oğurlanmış əsgərlərin dördü İŞİD tərəfindən öldürülüb, beşinci əsgər aldığı yaralardan ölüb. 16 əsgər isə 2015-ci ildə məhbusların mübadiləsi zamanı azad edilib.

Livan ordusu atəşkəsin oğurlanan doqquz Livan əsgərinin taleyi ilə bağlı danışıqların başlanmasına imkan verə biləcəyinə ümid bəsləyir.

XS
SM
MD
LG