Accessibility links

Livanda intiharçı bomba hücumu 5 nəfərin ölümünə səbəb olub


Livan rəsmilər bildirib ki, Suriya ilə sərhəd yaxınlığındakı kənddə intiharçıların bomba partlayışı azı beş nəfərin ölümünə səbəb olub.

Rəsmilərin bildirdiyinə görə, bazar ertəsi üç intiharçı Qaa kəndində partlayış törədib.

İnsidentin baş verməsi nəticəsində 15 nəfər yaralanıb.

Qanlı hücuma görə məsuliyyəti hələlik öz üzərinə götürən olmayıb.

Qonşu Suriyada davam edən müharibə Livana da öz təsirini göstərir. Livan davamlı olaraq yaraqlı hücumlarına məruz qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG