Accessibility links

Livanda böhran dərinləşdikcə, qaçqınların qorxusu artır


Livanda böhran dərinləşdikcə, qaçqınların qorxusu artır
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Livanın bəzi siyasətçiləri və mətbuatı işsizlik və resurs çatışmazlığına görə Suriya qaçqınlarını günahlandırır. Ay yardımdır davam edən gündəlik etirazlar maliyyə böhranı və sabitsizliyi daha da dərinləşdirib. Qaçqınlara yardımlar azaldılıb, deportasiya halları artıb. Suriyalılar isə vətənə qayıtmaqdan çəkinir.

Livan dünyada adambaşına düşən qaçqın sayına görə öndə gedir. Bu isə ölkədə yaşayanların 5-də 1-i deməkdir. Oktyabrın ortalarından bəri baş qaldıran etiraz dalğası qaçqınlar da daxil edilməklə, Livanda hər kəs məhsulların bahalaşması və maaşların azalması ilə üzləşib.

Aksiyaların çoxunun dinc keçməsinə baxmayaraq, ölkədə son vaxtlar yaranmış durumun müharibəyə yol açacağına dair qorxular mövcuddur.

Qaçqınlar həyatlarının ağırlaşdığından şikayətlənir. Onlar təzyiqlərə məruz qaldıqlarını, bir çoxlarının deportasiya edildiyini deyir. Bu insanlar vətənlərində evləri və işləri olmadığını bildirir.

"Qonşularımız uşaqlarımıza münasibəti pisləşib. Biz yardımdan məhrumuq. Həyat yoldaşımın işi yoxdur. Biz necə dolanmalıyıq?", Yusra adlı qadın sual edir.

Bir çoxları isə Livanı tərk etməyin çıxış yolu olmadığını düşünür.

Kişi qaçqınlar Suriyada döyüşlərə məcbur ediləcəklərini, öz ölkə vətəndaşlarını öldürməyə və ya özləri ölməyə məcbur olacaqlarını deyir.

Yardımların kəsilməsi son illərin siyasətinin nəticəsidir. Bu siyasət nə qədər az yardım göstərilsə, o qədər çox adamın çıxıb-gedəcəyini nəzərdə tutur.

"Bizim yanacaq, uşaqlarımıza süd kimi hər şeyə ehtiyacımız var. Həftədə bir gün iş tapa bilirəm. Onlar cəmi 6 dollar ödəyir. Əgər işlədiyin adamı tanımırsansa, o ödəniş olmaya da bilər" - deyə mahmud adlı suriyalı qaçqın bildirib.

Qaçqın məsələsi Livan etirazlarının əsasını təşkil etməsə də, bəzi etirazçılar onların iş marketlərini viranə etdiyini deyir. Digərləri isə qaçqınların hüquqlarının müdafiəsinə çağırır.

Lakin hər halda qaçqınlar və etirazçıların iş, ərzaq, sığınacaq və təhlükəsizliyə ehtiyacı var.

XS
SM
MD
LG