Accessibility links

Livanın baş naziri istefa verib


Şənbə Livanın baş naziri Saad Hariri Səudiyyə Ərəbistanına gözlənilməyən səfəri zamanı vəzifəsindən istefa edib. Bu, regional gərginliyin artdığı bir vaxt, ölkədə qeyri-müəyyənlik yaradıb.

Riyaddan televiziyada yayımlanan çıxışında Harisi ərəb məsələlərinə qarışdıqları üçün İran və Livanın Hizbullah qrupuna qarşı tənqidi fikirlər səsləndirib və “İranın regiondakı qollarının kəsiləcəyini” deyib.

Hariri Tehranı regionda xaos, nifaq yaymaqda və dağıntılara səbəb olmaqda günahlandırır.

Hariri 2016-ci ilin sonunda baş nazir təyin olunub və şiə militant Hizbullah qrupunun daxil olduğu 30 üzvlük milli birlik kabinetə başçılıq edib. Hökümət ölkəni qonşu Suriyada baş verən vətəndaş müharibəsinin təsirlərindən qorumaqda müvəffəq olub.

Ölkə sünni müsəlman Haririnin başçılığı ilə Səudiyyə Ərəbistanına sadiq düşərgə ilə Hizbullahın təmsil etdiyi İrana sadiq düşərgəyə bölünüb.

Haririnin istefasının ölkədə gərginliyi artıracağı gözlənilir. Çıxışında o, həyatının təhlükəsizliyindən narahat olduğunu deyib və ölkədəki ab-havanın atası, sabiq baş nazir Rafik Haririnin 2005-ci ildə qətlindən öncəki ab-havaya bənzədiyini bildirib.

Onun qətlinə görə bir neçə Hizbullah üzvü ilə bağlı Niderlandda BMT-nin dəstəklədiyi Haaqa tribunalında qiyabi məhkəmə işi aparılır. Qrup qətl ilə əlaqəsi olduğunu inkar edir.

Bu həftənin əvvəli Livanın MTV telekanalına müsahibəsi zamanı Səudiyyə Ərəbistanının körfəz məsələləri üzrə naziri Tamer Əl-Sabhan Hizbullahı sərt şəkildə tənqid edib və yaxın günlərdə “gözlənilməz hadisələrin” baş verəcəyini deyib.

Əl-Sabhan bu həftənin əvvəli Səudiyyə Ərəbistanına səfəri zamanı Hariri ilə görüşüb. Hariri daha sonra cümə yenidən Səudiyyə Ərəbistanına geri dönüb və şənbə orda böyük açıqlamanı edib.

Hariri ilə görüşündən sonra atdığı tvitlərdə görüşü “uzun və məhsuldar” adlandırıb və livanlıları əhatə edən bir çox məslə ilə bağlı razılıqların əldə olunduğunu vurğulayıb. Twitterdə yazdığı bir neçə mesajda Əl-Sabhan Livan hökümətini Hizbullahın Səudiyyə Ərəbsitanı ilə bağlı tənqidlərinə göz yummaqda günahlandırıb.

O daha öncə Hizbullahla əməkdaşlıq edənlərin “cəzalandırılacağını” söyləmişdi.

Hizbullaha qarşı hücum ABŞ-ın qrupa qarşı yeni sanksiyalarının tətbiq olunduğu vaxta təsadüf edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG