Accessibility links

Livanın sabiq baş naziri Rəfiq Həririni qətlə yetirənlərin həbsinə dair hökm çıxarılıb


Livanın sabiq baş naziri Rəfiq Həririni qətlə yetirənlərin həbsinə dair hökm çıxarılıb
Livanın sabiq baş naziri Rəfiq Həririni qətlə yetirənlərin həbsinə dair hökm çıxarılıb

Livan mediasının məlumatında deyilir ki, BMT tribunalının təhqiqatlarının nəticəsi olaraq, 2005-ci ildə sabiq baş nazir Rəfiq Həririnin qətlində əli olan 4 adamın həbsinə dair hökm ölkənin baş prokuroruna verilib. Məlumatda deyilir ki, həbs cəzasına məhkum edilənlərdən ikisi Hizbullah qrupunun üzvüdür. Həririnin oğlu, ölkənin sabiq baş naziri Səad Həriri bunun tarixi hadisə olduğunu deyib.

Həbslər barədə qərar Livanın baş naziri Nəcib Mikatinin İrana arxalanan Hizbullah və onun müttəfiqlərinin yer aldığı koalisiya hökumətinin təşkilini elan etməsindən iki həftə sonraya təsadüf edir. Livan yanvar ayının ortasından bəri hökumətsiz qalmışdı.

XS
SM
MD
LG