Accessibility links

ABŞ Liviyadakı səfirliyinin fəaliyyətini dayandırıb


ABŞ Liviyadakı səfirliyinin fəaliyyətini müvəqqəti dayandıraraq, səfirlik işçilərini qonşu Tunisə evakuasiya edib. Buna səbəb Tripolinin səfirliyin yerləşdiyi bölgəsi yaxınlarında qızğın döyüşlər olub.

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Liviyanın milis dəstələri arasında qarşıdurmaya görə ABŞ-ın Liviyadakı vətəndaşlarına ölkəni tərk etmək xəbərdarlığı verilib.

Dövlət Departamenti Liviyada vəziyyətin qeyri-sabit olduğunu bildirib.

ABŞ dövlət katibi Con Kerri deyib ki, zorakılıqlar səfirliyi hədəf almasa da işçilərin real risklə üzləşib.

Dünən Türkiyənin Xarici İşlər Nazirliyi Tripolidəki diplomatik missiyasının dayandırıldığını və 500 nəfər Türkiyə vətəndaşının Tunisə köçürüldüyünü bəyan edib.

Son həftələr Tripolinin hava limanının nəzarəti uğrunda rəqib qruplaşmalar arasında döyüşlər şiddətlənib.

Bu ayın əvvəllərində Misrata və Zintan qruplaşmalarının qarşıdurması 50-yə yaxın adamın ölümü ilə nəticələnmişdi.

XS
SM
MD
LG