Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan höküməti ərəb ölkələrini baş kəsən, çarmıxa çəkən və Sirt şəhərinə nəzarəti ələ keçirən İŞİD-lə əlaqəli militantlara qarşı hava hücumları həyata keçirməyə çağırıb. Dövlət Departamentinin yaydığı birgə bəyanatda ABŞ və digər beş Avropa ölkəsi bu vəhşilikləri qınayıb, lakin eyni zamanda qüdrətlər Liviyanın bölünmüş hökümətinə sabitlik gətirməyin yolunun siyasi dialoq olduğunu israr edirlər.
BMT prosesi vasitəsilə diplomatiya aparmaq bir məsələdir, amma təhlükəsizlik komponentlərinin əks olunduğu strategiyasız bunu etmək düzgün deyil
Çərşənbə günü keçirilən fövqəladə iclasdan sonra Ərəb Liqası Liviyanın hərbi yardım çağırışlarına dəstək olacağını vəd edib, lakin heç bir detal verməyib.
Liviya seçilmiş parlament, şərqə nəzarət edən hökümət və Tripolidə fəaliyyət göstərən islamçı yarı hərbi qrupların dəstəklədiyi hökümət arasındakı çəkişmələri aradan qaldrımağa çalışdığı bir dövrdə İŞİD ölkədə iğtişaşlıar törədir.
ABŞ rəsmiləri deyir ki, Liviya üçün terrorizmə qarşı mübarizə aparmağın ən yaxşı yolu birləşmiş hökümət vasitəsilə təhlükəsiz bir mühit yaratmaqdır.
“Biz BMT-nin başçılıq etdiyi prosesi dəstəkləməyə davam edirik.”
Lakin bəziləri BMT prosesinin məhdud təsirlərinin olacağından narahatdırlar.
“BMT prosesi vasitəsilə diplomatiya aparmaq bir məsələdir, amma təhlükəsizlik komponentlərinin əks olunduğu strategiyasız bunu etmək düzgün deyil.”
Liviyada militant hədəflərə qarşı hava hücumları keçirən ölkələr sırasına ABŞ və Misir daxildir.
Beynəlxalq ictimaiyyət tərəfindən tanınan tərəfə hərbi yardım göstərmək ABŞ-ın tərəf seçməsi və müdaxiləçi olması kimi fikirlərə yol aça bilər
Lakin BMT-nin Liviya panelində xidmət göstərən Brayan Katulis Vaşinqtonun daha genişmiqyaslı hərbi strategiya qəbul etməyə istəksiz olduğunu deyir.
“Regiondakı dinamikaya, bizim özümüzün İraq müharibəsində və digər yerlərdəki təcrübəmizə əsasən ABŞ-ın hərbi fəaliyyətdən, birbaşa müdaxilə və hətta dəstəkdən çəkinməsi anlaşılan bir haldır.”
Liviyanın dağılmış höküməti ilə işbirliyinə meylsizlik də ABŞ-ın müdaxiləsini məhdudlaşdırmaq qərarına təsir göstərir.
“Beynəlxalq ictimaiyyət tərəfindən tanınan tərəfə hərbi yardım göstərmək ABŞ-ın tərəf seçməsi və müdaxiləçi olması kimi fikirlərə yol aça bilər.”
Xanım Foyer həmçinin bildirir ki, İraq və Suriyada İŞİD yaraqlılarının hücumlarına qarşı mübarizəni davam etdirdiyi üçün ABŞ-ın “regionda bir çox alolvlu bölgəsi var.”