Accessibility links

"Yekun hücum" baş tutmayınca Liviyada döyüşlər dayandırılıb


Liviyada iki hökumət fəaliyyət göstərir. Biri-biri ilə müharibə aparan bu hökumətlərin ayrı-ayrı televiziya kanalları var.

Liviyanın şərq bölgəsinə nəzarət edən Milli Ordunun dəstəklədiyi televiziyanın hərbi geyimli aparıcısı əsgər şəkilləri və silahların nümayişi ilə "Biz Tripoliyə daxil oluruq" - deyə, bildirib.

Qərb bölgəsi və paytaxt Tripolinin nəzarətini əlində saxlayan Milli Hökumət Sazişinin sözçüsü isə şərq qüvvələrinin hücumlarının məğlubiyyətə uğradığını və onların hələ də şəhərin kənarlarında qaldığını bildirib.

Kanalların yeganə ortaq məxrəci Liviya Milli Ordusunun hərbi lideri Xəlifə Həftarın cümə günü Tripoliy' qarşı son hücumla bağlı dedikləri olub.

Müşahidəçilər hava zərbələrini eşitdiklərini desələr də, şəhərdə Həftar qüvvələrinə rast gəlinmədiyini bildirib.

General Xəlifə Həftarın başçılıq etdiyi “Liviya Milli Ordusu” (LNA) ölkənin şərqində fəaliyyət göstərən rəqib Liviya hökuməti ilə müttəfiqdir və aprel ayından bəri paytaxt Tripolini ələ keçirməyə çalışır.

Həftar 2011-ci ildə Liviyada uzun müddət hakimiyyətdə olmuş diktator Müəmmar Qəzzafiyə qarşı üsyandan sonra ölkədəki qarışıqlığa son qoymağa söz verib.

General bundan əvvəl Liviyanın şərqində islamçı militantlar və başqa elementlərə qarşı hərbi əməliyyatlara başçılıq edib.

Bu müddət ərzində 2 mindən çox insan öldürülüb. Onlar arasında yüzlərlə mülki vətəndaş olub. 150 mindən çox adam evindən didərgin düşüb.

Təhlilçilərin fikrincə, tərəflərdən biri yaxın zamanda qələbəsini elan edə bilər. Belə ki, hər iki tərəf beynəlxalq dəstəyə malikdir.

Tripoli sakinləri qorxudan əlavə iqtisadi böhran şəraitində yaşadıqlarından gileylənir.

LNA Birləşmiş Ərəb Əmirlikləri, Misir, Rusiya və Fransa tərəfindən dəstək alsa da, bu, Tripolinin nəzarətini ələ keçirmək üçün kifayət etmir.

Türkiyə parlamenti
Türkiyə parlamenti

BMT və Avropa İttifaqı tərəfindən tanınan GNA isə Türkiyə, Qətər və İtaliyadan yardım alır.

Tüürkiyədən başqa heç bir ölkə tərəflərə yardım etdiyini bildirmir.

Şənbə günü Türkiyə parlamenti GNA-yə dəsək məqsədi ilə Liviyaya qüvvə göndərilməsi məsələsini müzakirə edib. Baxmayaraq ki, bu haqda Ankaraya rəsmi müraciət edilməyib.

XS
SM
MD
LG