Accessibility links

ABŞ rəsmiləri: Mərkəzi Kəşfiyyat Agentliyi Liviyadakı hücumu dəf etməyə çalışıb


ABŞ kəşfiyyatının rəsmiləri Mərkəzi Kəşfiyyat Agentliyi sentyabırın 11-də Benqazidə yerləşən ABŞ konsulluğuna edilmiş ölümcül basqının zaman qrafikini çıxarıb. Burada Liviya hücumu saxlamaq üçün kifayət qədər tədbirlər almadığına görə ittiham olunur.

Cümə axşamı mətbuat nümayəndələrinə anonim danışan yüksək rütbəli kəşfiyyat rəsmisi ABŞ-ın Liviyadakı səfiri və üç nəfər digər amerikalıların öldürüldüyü hücum haqqında Mərkəzi Kəşfiyyat Agentliyinə xəbər daxil olduqdan sonra yaxınlıqdakı bazadan 25 dəqiqə ərzində xilasetmə missiyasını səfərbər edildiyini bildirib.

Lakin onların bildirdiyinə görə, altı nəfərlik dəstə xəbəri aldıqdan 25 dəqiqə sonra ora gedə bilməyib. Bu, qismən ağır hərbi texnikalı Liviya silahlılarının yardıma cəlb olunma cəhdinin uğursuzluğa düçar olması, digər səbəb isə onlar konsulluğa çatanda atəşə məruz qalmaları olub.

Mərkəzi Kəşfiyyat Agentliyinin xüsusi dəstəsi bildiriş əsasında bir saat konsulluqda gözləyib, daha sonra həlak olmuş səfir istisna olmaqla, digər bütün amerikalılarla birlikdə binanı tərk edibr. Səfir isə yaxınlıqdakıxəstəxanaya çatdırılmışdı.

Mərkəzi kəşfiyyat Agentliyi zabitləri konsulluğa qarşı hücumu dəf etmək üçün yaxınlıqdakı bazadan çıxmaq istəyəndə “gözləmə” əmri aldıqları barədə Foks Nyus və digərlərinin xəbərlərin MKA tərəfindən artıq təkzib olunduğunu deyib.

Lakin ABŞ prezident seçkilərində ciddi problemə çevrilən gecə boyu davam edən mühasirə haqqında daha çox məlumat əldə etmək üçün gizli casus agentliyi artan təzyiq altındadır.
XS
SM
MD
LG