Accessibility links

Liviyada miqrantların saxlandığı mərkəzə hava hücumu edilib


Çərşənbə axşamı axşam Liviyanın paytaxtı Tripoli yaxınblığındakı miqrantların saxlanma məntəqəsinə edilən hava hücumu zamanı çoxu Afrikadan olmaqla azı 44 miqrant ölüb, 130 nəfər yaralanıb.

Liviya Daxili İşlər Nazirliyi ölənlərin sayının daha çox olduğunu, belə ki, xilasetmə və axtarış işlərinin davam etdiyini bildirib.

Paytaxt yaxınlığındakı Tajora rayonunun saxlanma mərkəzində 200-ə qədər miqrant var idi.

Liviyanın beynəlxalq ictimaiyyət tətəfindən tanınan hökuməti ilə general Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusunun paytaxt Tipolinin nəzarəti uğrunda döyüşlər bir neçə aydır davam edir.

Çərşənbə axşamı gecə saatlarında həyata keçirilən hava hücumunun məsuliyyətini üzərindən atan Liviya Milli Ordusu hökumət tərəfdarı qüvvələri günahlandırıb.

2011-ci ildə diktator Müəmmar Qəzzafinin devrilməsindən və öldürülməsindən sonra Liviya iqtisadi böhran və xaos içərisindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG