Accessibility links

“Liviya Milli Ordusu” ABŞ-a məxsus dronu səhvən vurduğunu bildirir


Liviyanın paytaxtına nəzarət uğrunda mübarizə aparan silahlı qruplaşmanın rəsmiləri Birləşmiş Ştatlara məxsus pilotsuz hərbi təyyarənin səhvən vurulduğunu bildirib.

Özünü “Liviya Milli Ordusu” elan edən bu ordu bir neçə gün əvvəl İtalyanın pilotsuz təyyarəsini də vurduğunu demişdi.

Birləşmiş Ştatlar hərbi qüvvələri bazar ertəsi pilotsuz təyyarəsinin itkin düşməsinin səbəbini göstərməyib və bu barədə şərh verməkdən imtina edib.

General Xəlifə Hiftərin başçılıq etdiyi “Liviya Milli Ordusu” ölkənin şərqində fəaliyyət göstərən rəqib Liviya hökuməti ilə müttəfiqdir və aprel ayından bəri paytaxt Tripolini ələ keçirməyə çalışır.

“Liviya Milli Ordusu” Birləşmiş Ştatların pilotsuz təyyarəsinin Tripoli qüvvələrinin istifadə etdiyi Türkiyə istehsalı pilotsuz aparatı olduğunu düşünərək səhvən vurduğunu deyib. “Liviya Milli Ordusu” şənbə günü Tripoli üzərindəki ərazini "qeyri-uçuş zonası" elan edib.

Məlumatı mediaya çatdıranlar adlarının açıqlanmasını istəməyib. Belə ki, onlar buna səlahiyətləri olmadığını bildirib.

2011-ci ildə diktator Müəmmar Qəzzafinin devrilməsindən və öldürülməsindən sonra Liviya iqtisadi böhran və xaos içərisindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG