Accessibility links

Liviyada vətəndaş müharibəsinə son qoymaq məqsədilə sülh sazişi layihəsi hazırlanıb


Bu barədə rəqib tərəflər arasında danışıqlara vasitəçilik edən BMT-nin xüsusi nümayəndəsi Bernardino Leon açıqlama verib

Liviyada siyasi böhrana son qoymaq məqsədilə tərəflər arasında razılığın əldə olunması üçün vasitəçilik edən Birləşmiş Millətlər Təşkilatının xüsusi nümayəndəsi saziş layihəsinin hazırlandığını elan edib və bildirib ki, sazişin qəbul olunması üçün son addım iki rəqib hökümətin onu imzalamasıdır.

Həftələrdir iki rəqib hökümətin nümayəndələri ilə görüşlər keçirən BMT nümayəndəsi Bernardino Leon bu xəbəri bazar ertəsi son danışıqların baş tutduğu Mərakeşin Sxirat şəhərində elan edib.

Leon razılıq barədə ətraflı məlumat verməsə də, tərəflərin oktyabrın 20-nə qədər yekun sazişə imza atacaqlarına ümid bəslədiyini bildirib.

Bazar ertəsi Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə, Leon ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan höküməti və Liviyanın şərqində fəaliyyət göstərən islamçı yaraqlılar arasında atəşkəsin əldə olunmasına çalışıb. İslamçı yaraqlılar Liviyadakı münaqişədə iştirak edən tərəflərdən biridir.

Saziş həmçinin Liviyada rəqib müxtəlif fraksiyaların bir araya gələrək mürəkkəb şərtlər əsasında milli birlik hökümətinin təşkil edilməsini nəzərdə tutur. Bəzi tənqidçilər bunun mümkün ola biləcəyi ilə bağlı suallar qaldırır.

Liviyada 2011-ci ildə ölkəni uzun müddət idarə edən diktator Müəmmar Qəzzafinin hakimiyyətdən devrilib öldürülməsindən sonra siyasi hərc-mərclik mövcuddur.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG