ABŞ Liviyadakı səfirlik işçilərinin daha bir hissəsinin ölkəni tərk etməsinə göstəriş verib. Təhlükəsizlik tədbiri kimi atılan bu addımdan sonra ABŞ işçilərin gələn həftə Tripolyə qayıdacağına ümid bəslədiyini bildirib. Bu barədə məlumat verən Amerika rəsmisi səfirliyin necə işçisinin Liviyanı tərk etdiyi barədə məlumat verməkdən imtina edib.
Bu ayın əvvəllərində ABŞ-ın Liviyadakı səfiri və 3 diplomatın öldürüldüyü Liviyada minlərlə müsəlman İslam əleyhinə filmə etiraz olaraq aksiyalar keçirmişdi.
Hücumla bağlı danışan ABŞ müdafiə naziri Leon Panetta hücumun əvvəlcədən planlaşdırılan terror aksiyası olduğunu bildirib.