Accessibility links

Liviyada parlament binasına hücum olub


İstefada olan liviyalı generala sadiq silahlılar qanunvericilərə qarşı hücumlar həyata keçirdikdən sonra parlament fəaliyyətini dayandırıb.

Sabiq geniral Xəlifət Haftarın başçılıq etdiyi silahlı qüvvələr bazar günü Tripolidə parlament binasına hücum edərək atəş açıb və qanunvericilərin ofislərini dağıdıb.

Binadan qalxan qara tüstünü uzaq məsafədən görmək olub.

Zorakılıqlar nəticəsində iki nəfər həlak olub, 50 nəfər isə yaralanıb.

Bazar ertəsi səhər Liviyanın müvəqqəti hökuməti hücumu pisləyib.

Sabiq general Haftarın Tripoliyə nəzarəti əldə saxlaya bilməsi üçün kifayət qədər silahlı qüvvəyə malik olub-olmadığı məlum deyil.
XS
SM
MD
LG