Accessibility links

Türkiyə: 6 türk vətəndaşını saxlayan Liviyanın hər bir hücumuna cavab veriləcək


FILE - Turkey's Defense Minister Hulusi Akar speaks to a group of reporters in Ankara, Turkey, May 21, 2019.

Türkiyə Liviya tərəfindən saxlanılan 6 türkün azad edilmədiyi təqdirdə, səhra komandiri Xəlifə Hifterin qrupunun “qeyri-qanuni yaraqlı qüvvəsi” adlandırılaraq, “legitim hədəf” olacağı barədə xəbərdarlıq verib.

Türkiyənin müdafiə naziri Hulusi Akar deyib ki, Liviya tərəfindən hər bir düşmən hərəkət və hücumlar ciddi nəticələrlə qarşılana bilər. Akar deyib ki, Türkiyə Liviyada regional sülh və sabitliyi qorumaq üçün orada mövcudluğunu saxlayır.

Nazirin bəyanatı rəsmi Anadolu xəbər agentliyi tərəfindən yayılıb.

Hifterin Liviya Milli Ordusu (LMO) elan etdiyi qüvvələrin sözçüsü Türkiyəni rəqib yaraqlılara dəstək verməkdə günahlandırıb.

Hifterin qüvvəsi Misir, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Fransadan yardım alır.

LMO-su Liviyanın şərq və cənub bölgələrini nəzarətində saxlayır. Hifterin nəzarətində olan bu bölgərləri türklərin tərk edilməsi tələb edilib.

Liviya parlamenti bütün nazirliklər, dövlət təsisatları və bankların Türkiyə şirkətləri ilə ticarətini yasaqlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG