Accessibility links

Liviyada Qəzzafi dövrünün rəsmilərinə yeni hökumətdə vəzifə tutmaq qadağan edilib


Liviya parlamenti Müəmmar Qəzzafinin 40 illik hakimiyyəti dövrü yüksək vəzifələrdə olmuş rəsmilərə yeni hökumətdə vəzifə tutmağı qadağan edən qanunu təsdiq edib.

Mübahisələrə səbəb olmuş qanunun təsdiqi ilə müxalif qüvvələrə qoşulmazdan əvvəl Qəzzafi dövrü diplomat olmuş Liviyanın Baş naziri Əli Zeydan vəzifəsindən getməli olacaq. Bir sıra siyasətçi və qanunverici də hazırkı hakimiyyətdə vəzifələrini itirə bilmək təhlükəsi qarşısında qalır.

Ötən həftə Qəzzafini devirmiş keçmiş yaraqlılar da daxil olmaqla silahlı şəxslər xarici işlər və ədliyyə nazirliklərini mühasirəyə alaraq, qanunun təsdiqini tələb ediblər.

Liviyalıların bir hissəsi yarı-hərbi qrupları hökuməti qorxutmaq və cənab Zeydanın mərkəzi hakimiyyəti bərpa etmək haqda vədini yerinə yetirməsinin qarşısını almaqda günahlandırır.

Liviyada 2011-ci ildə Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra qeyri-sabitlik və zorakılıqlara qarşı mübarizə aparılır.
XS
SM
MD
LG