Accessibility links

Liviyada hava bazasına hücum olub


Cümə günü Liviyanın cənubunda hava bazasına baş verən hücum nəticəsində əksəriyyəti general Xəlifə Həftarın başçılıq etdiyi Liviya Milli Ordusun əsgərləri daxil olmaqla azı 141 nəfər ölüb, deyə yarı-hərbi dəstənin sözçüsü bildirib.

Sözçü Əhməd Əl-Mismari AFR-yə deyib ki, Brak Əl-Şati hava bazasına hücum Tripolinin BMT-nin dəstəklədiyi Milli Akkord Hökümətinə sadiq yarı-hərbi dəstə tərəfindən həyata keçirilib.

“Əsgərlər hərbi paraddan qayıdırdılar. Onların üzərində silah yox idi. Əksəriyyəti öldürüldü”, deyə o bildirib.

Hücum digər qurbanlarının sırasına hava bazasında çalışan mülki vətəndaşlar və ərazidən keçən digər insanlar daxildir.

Milli Akkord Höküməti hücumu qınayıb və heç bir əlaqəsinin olmadığını bildirib. Hökümət hücumla bağlı istintaq başladacağını və hücuma görə məsuliyət daşıyanlar tapılanadək müdafiə naziri Əl-Mehdi Əl-Bərqatini vəzifədən kənarlaşdıracağını deyib.

Rəüib yarı-hərbi dəstələr 2011-ci ildə Müəmmar Qəddafinin hakimiyyətən devrilməsi ilə nəticələnən üsyandan bəri hakimiyyət üzərində mübarizə aparır.

Liviya Milli Ordusu Milli Akkord Hökümətinin legitimliyini qəbul etməyi rədd edir və əvəzinə şərqdə rəqib hakimiyyəti dəstkləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG