Accessibility links

Liviyada üsyançılar daha bir şəhərin nəzarətini ələ keçirib


Liviyada üsyançılar daha bir şəhərin nəzarətini ələ keçirib
Liviyada üsyançılar daha bir şəhərin nəzarətini ələ keçirib

Liviya üsyançıları Müəmmər Qəzzafiyə sadiq qüvvələrlə intensiv döyüşlərdən sonra Zlitan şəhərinin nəzarətini ələ keçirdiklərini bildirib. Üsyançılar deyir ki, onlar Tripolidən 150 kilometr aralıdakı şəhərin mərkəzinə daxil olmağa çalışıb. Onlar habelə döyüşlər zamanı hər iki tərəfdən 30 döyüşçünün öldüyünü açıqlayıb.

Üsyançılar NATO-nun dəstəyi ilə asta-asta Tripoliyə yaxınlaşır. Müxalif döyüşçülər paytaxtdan 50 kilometr aralıdakı Zəviyyə şəhərində ikinci döyüşə başlayıb. Üsyançılar bir gün əvvəl Zəviyyə və Sabrata şəhərlərinin nəzarətini öz əllərinə keçirmişdi.

XS
SM
MD
LG