Accessibility links

Liviya üsyançıları Tripoli yaxınlığında hərbi bazanı ələ keçirib(YENİLƏNİB)


Liviya üsyançıları Tripoli yaxınlığında hərbi bazanı ələ keçirib(YENİLƏNİB)
Liviya üsyançıları Tripoli yaxınlığında hərbi bazanı ələ keçirib(YENİLƏNİB)

Tripoli yaxınlığında hərbi bazanı ələ keçirən Liviya üsyançıları paytaxt istiqamərtində hərəkər edir. Xəbər agentliklərinin verdiyi məlumatlara görə, üsyançılar paytaxtın 27 kilometrliyində yerləşən bazada silah və sursat ələ keçirib.

Üsyançıları müşayiət edən müxbirlərin verdiyi məlumata görə, onlar paytaxtın qərb rayonlarına daxil olub. Üsyançılar həmçinin döyüşlərdən sonra Tripolidə üç rayonun nəzarətini ələ keçirdiklərini bildirir. Şahidlər Qəzzafi əleyhdarlarının şəhərdə bu rayonlarda nümayiş keçirdiyini bildirir.

Üsyançıların siyasi qələbəsi kimi, Tunis xəbər agentliyi TAP Tunis hökumətinin Milli Keçid Şurasını liviyalıların rəsmi nümayəndəsi kimi tanıdığını elan edib.

Bazar günü gecə üsyançılar Tripolidə NATO qüvvələri ilə əlaqələndirilmiş hücumlar həyata keçirib. Bundan öncə onlar Liviyanın qərbində Zəviyyə və şərqdə Breqa kimi iki strateji şəhəri ələ keçirdiklərini bildirmişlər.

Dövlət televiziyası vasitəsilə audio mesajında cənab Qəzzafi tərəfdarlarını “milyonların nümayişini keçirməyə və üsyançıları əzməyə” çağırıb. Liviya liderinin oğlu Seyf əl-İslam Qəzzafi isə hökumətin döyüşdən imtina etməyəcəyini deyib.

Hökumətin sözçüsü Musa İbrahim hökumətin süquta yaxın olduğunu rədd edərək, qan tökülməsinə görə Qərb liderlərini günahlandırıb.

XS
SM
MD
LG