Accessibility links

Liviyanın Azərbaycandakı səfirliyində Milli Keçid Hökumətinin bayrağı qaldırılıb


Liviyanın Azərbaycandakı səfirliyində Milli Keçid Hökumətinin bayrağı qaldırılıb
Liviyanın Azərbaycandakı səfirliyində Milli Keçid Hökumətinin bayrağı qaldırılıb

Müvəqqəti işlər vəkili bildirib ki, bu bayrağın qaldırılması o, deməkdir ki, səfirlik Liviyanın Milli Keçid Şurasını tanıyır və “diktator Qəzzafiyə artıq tabe deyil”.

Bu gün Liviyanın Azərbaycandakı səfirliyində Liviya Milli Keçid Şurasının bayrağı qaldırılıb.

APA agentliyinin məlumatına görə, bayrağı Liviyanın müvəqqəti işlər vəkili Naci Qəzalə qaldırıb. O jurnalistlərə açıqlamasında “Bu gün biz, Liviyanın bayramını, Liviya inqilabçılarının qələbəsini qeyd edirik. Şükürlər olsun ki, artıq diktator Müəmmər Qəzzafi devrilib. Biz bunu sevinclə qeyd edirik”, - deyib.
Müvəqqəti işlər vəkili bildirib ki, bu bayrağın qaldırılması o, deməkdir ki, səfirlik Liviyanın Milli Keçid Şurasını tanıyır və “diktator Qəzzafiyə artıq tabe deyil”.
O, həmçinin bildirib ki, artıq dünyanın 60 ölkəsi Liviyanın Milli Keçid Şurasının legitimliyini tanıyıb: “İnanırıq ki, yaxın zamanlarda Azərbaycan da Liviyanın Milli Keçid Şurasını tanıyacaq”.
Jurnalistlərin suallarını cavablandıran müvəqqəti işlər vəkili bildirib ki, Liviyanın paytaxtı Tripoli şəhəri tam şəkildə Milli Keçid Şurasının nəzarəti altındadır: “Xırda problemlər var, amma o problemlər də yaxın günlərdə aradan qaldırılacaq”.



XS
SM
MD
LG