ABŞ hakimi ilk Quantanamo məhbusunu mülki məhkəmə qarşısına çıxarılmağa məhkum etməyə hazırlaşır. Tanzaniyalı Əhməd Qaylani 1998-ci ilə ABŞ-ın Tanzaniya və Keniyadakı səfirliklərini partlatmaqla əlaqədar 20 ildən ömürlük həbsə qədər cəza ilə üzləşir. Partlayışlar nəticəsində 12 amerikalı daxil olmaqla 224 adam ölmüşdü. Noyabrda federal andlılar məhkəməsi Qaylanini ABŞ əmlakını dağıtmaqda məhkum edərək başqa 284 ittihamı ləğv etmişdi. Vəkilləri hakimdən mərhəmət göstərməyi xahiş edərək Qaylaninin ABŞ rəsmilərinə dəyərli kəşfiyyat məlumatı ötürdüyünü və Mərkəzi Kəşfiyyat Agentliyində saxlanılarkən ona işgəncə verildiyini bildirib. Qaylani agentlik tərəfindən iki il Pakistanda saxlandıqdan sonra Kubada yerləşən Quantanamo Körfəzindəki saxlama mərkəzinə gətirilib.