Accessibility links

İlqar Məmmədov: Cəbhə xəttinin qəbul edilməsi çox təhlükəli mövqedir


REAL Hərəkatının sədri İlqar Məmmədov
REAL Hərəkatının sədri İlqar Məmmədov

REAL sədri ATƏT-in fəaliyyətini kəskin tənqid edir. Kosovonun, Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasından sonra ATƏT-in adından səsləndirilən fikirlər artıq ciddi qəbul edilmir.

REAL Vətəndaş Hərəkatının sədri İlqar Məmmədov ATƏT-in baş katibinin Bakıya səfərini Amerikanın Səsi radiosuna şərh edib. O müsahibəsində bildirib ki, ATƏT-in bəyanatları hazırda o qədər də ciddi qəbul edilmir. “Kosovonun, Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasından sonra ATƏT-in adından səsləndirilən fikirlər artıq ciddi qəbul edilmir. ATƏT həm dünyada, həm də üzv dövlətlərdə ötən əsrin 80-90-cı illərində daşıdığı önəmi itirib”.

REAL Hərəkarının sədri İlqar Məmmədovla müsahibə
please wait

No media source currently available

0:00 0:04:33 0:00
Direct link

Bununla belə, ATƏT baş katibinin Dağlıq Qarabağ münaqişəsində stsus-kvonun dəyişməsinin vacibliyi ilə bağlı dediyi ifadələrə diqqət vermək lazımdır. “Bəli, status-kvo işğal status-kvosudur və bu məqbul deyil. İşğal aradan qaldırılmalıdır. Digər tərəfdən, süni səslənən ifadələr də var. Bunlar məntiqsizdir. Məsələn, snayperlərin geri çəkilməsi, cəbhə xəttində atəşkəsin pozulmaması bəyanatları səslənir. Yəni, cəbhə xətti olmalıdırmı ki, atəşkəs pozulmasın? Cəbhə xətti qəbul edilir, amma atəşkəsin pozulması qəbul edilmir. Bu çox təhlükəli mövqedir, regionda yeridilir. Cəbhə ona görə var ki, işğal var. İlk növbədə işğal olmamalıdır”, - deyə cənab Məmmədov qeyd edib.
O həmçinin snayperlərin geri çəkilməsi ilə bağlı bəyanata da münasibət bildirib. “Axı, erməni snayperləri Azərbaycan ərazisində nə gəzir ki, geri də çəkilsinlər. Digər tərəfdən, ATƏT təmsilçilərinin və digər diplomatların Azərbaycana öz ərazisində silahlı qüvvələrinin yerdəyişməsi ilə bağlı məsləhət verməsi də çox məntiqsiz yanaşmadır”.
REAL sədri ATƏT-in insan hüquqları və demokratiya sahəsində fəaliyyətini daha zəif kimi dəyərləndirir. “Onların bəzi sahələr üzrə, məsələn Demokratiya və İnsan Hüquqları Bürosu kimi ofisləri var, formal bəyanatlar verir. ATƏT-in bu sahədə fəaliyyəti beynəlxalq təhlükəsizlik sahəsində fəaliyyətindən də zəifdir. Artıq, Azərbaycan rəhbərliyi və cəmiyyəti də ATƏT-in adından verilən bəyanatları ciddi qəbul edilmir”, - deyə vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG