Accessibility links

Londonda bıçaqla hücuma keçən şəxsin kimliyi müəyyən edilib


Bazar günü Londonda bir neçə nəfəri bıçaqlayan şəxs polis tərəfindən vurularaq öldürülüb. Polis insidenti terrorla əlaqələndirib.

Yaxınlıqda çaışan Karker Tahir Sky News-a bildirib ki, həmin şəxsə 3 dəfə atəş açılıb. Onun dediyinə görə, polis həmin şəxsin çantasında bomba olduğuna dair xəbərdarlıq yayıb.

Polis kommisarının müavini Lusi Dorsillin bildirdiyinə görə, şübhəli Sudeş Əmman adlı şəxsdir. O bu yaxınlarda terrorla əlaqəli ittihamlarla həbsdən azad edilib.

Ağır bıçaq yarası alan kişinin vəziyyəti stabildir. Yaralanan qadın isə artıq xəstəxanadan çıxarılıb. 3-cü şəxs isə şüşə sınığından cüzi zədə alıb.

Londonda daha bir hücum noyabr ayında həyata keçirilmişdi.

Britaniya polisi Londonda bir neçə nəfərin yaralandığını, iki nəfərin öldüyü və bir nəfərin güllə ilə vurulduqdan sonra saxlandığını xəbər verib.

Polis bildirib ki, əvvəlcə yerli vaxtla gündüz saat 14.00 radələrində şəhərin London Bridge metro stansiyası yaxınlığında iki nəfərin bıçaqlanması ilə bağlı çağırış alıb.

Reuters agentliyi bildirib ki, bu insidentin ardınca polis bir nəfəri güllə ilə vurub. Hakimiyyət orqanları London Bridge metro stansiyasını və yaxınlıqdakı dəmiryolu stansiyasını bağlayıb.

London meri Sadiq Xan bəyanat yayaraq bildirib ki, “terroristlər bizi ayırmaq və həyatlarımızı viran etmək istəyir. Londonda biz onların müvəffəq olmasına imkan verməyəcəyik.”

XS
SM
MD
LG