Accessibility links

London Olimpiya Oyunlarının təşkilatçıları Şimali Koreyadan üzr istəyib


London Olimpiya Oyunlarının təşkilatçıları qadın futbol oyunlarından əvvəl səhvən Cənubi Koreya bayrağı qaldırıldığına görə Şimali Koreyadan üzr istəyib.

Şimal oyunçuları səhvə görə meydana çıxmaqdan imtina edib, Kolumbiya komandası ilə oyunlar bir saat geçikdirilib. Lakin oyun Şimali Koreyanın xeyrinə 2-0 hesabı ilə başa çatıb.
ABŞ-ın futbol komandası 4-2 hesabı ilə Fransa, Britaniya isə 1-0 hesabı ilə Yeni Zelandiya komandasını məğlub edib.

Olimpiya oyunları rəsmən cümə günü açıq elan ediləcək.

Böyük Britaniyanın baş naziri Deyvid Kameron ən böyük narahatlığın təhlükəsizlik olduğunu deyir.

26 idman növü üzrə yarışlarda 10 min idmançı iştirak edəcək. Olimpiya oyunları avqust ayının 12-də başa çatacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın keçmiş prezidenti ölkəsinə qayıdıb
please wait

No media source currently available

0:00 0:11:42 0:00
XS
SM
MD
LG